24 il əvvəl, aprelin 14-də İngiltərə futbolunda ən qəribə olaylardan biri yaşanıb.
İlk hissədən sonra “Sautqemton”a 0:3 hesabı ilə uduzan “Mançester Yunayted” fasilədə formanı dəyişməli olub.
İlk hissədən sonra ser Aleks Ferqyuson futbolçuları məcbur edib ki, formanı dəyişsinlər. Ancaq bu qəribə dəyişiklik də “Mançester Yunayted”ə kömək etməyib. MY ikinci hissədə yalnız təsəlli qolunu vurmağı bacarıb.
Futbolçular xatırlayırlar ki, fasilədə şotland mütəxəssis dəli kimi qışqırımış: “Bu formaları çıxardın. O birilərini geyinmək lazımdır”. Maraqlıdır ki, Ser Ferqyuson ilk hissədəki səhvlərə görə futbolçuları danlamyıb, hər şeyin forma ucbatından baş verdiyinə inanıb.
Qari Nevill xatırlayır: “O, bu formaları görmək istəmirdi”.
Bu yerdə bir statistikanı xatırladaq: MY həmin mövsüm boz formada cəmisi 5 oyun keçirib və 4 dəfə məğlub olub. Oyundan sonra Ferqyuson belə deyirmiş: “Boz formada futbolçular bir-birini seçmirdi”.
Həmin vaxt komandada olan Li Şarp üstündən 10 il keçəndən sonra deyirdi: “Hansısa futbolçunun formadan narazılıq etdiyini xatırlamıram. Amma kimlərəsə elə gəlmişdi ki, boz forma ilə “Sautqemton”un qırmızı-ağ rəngləri arasında oxşarlıq var”.
“Sautqempton”un əfsanəsi Le Tisse avtobioqrafik kitabında bu oyunu xatırlayıb: “Bu, yəqin ki, eşitdiyim ən pis bəhanədir. İlk yarıda onları məhv etdik. Həmin oyunda inanılmaz idik”.
5 oyunun 4-də uğursuzluq olunca, Ferqyuson bu formaları lənətlənmiş hesab edir. “Umbro” məcbur olub 30-40 funta satılan formaların qiymətini 10 funta salır.
Amma “Sautqempton”a gözlənilməz məğlubiyyət “Mançester Yuanyted”ə “Nyukasl”la mübarizədə çempion olmağa mane olmadı. Komanda ardıcıl 3 qələbə qazanaraq, mövsümü ilk pillədə bitirdi.
Aleks Ferqyuson isə fasilədə formaları dəyişdirdiyi üçün 10 min funt cərimə olundu. O, bununla bağlı belə demişdi: “Bu, mənim nə vaxtsa sərf etdiyim ən yaxşı 10 mindir”.
2013-cü ildə “Manchester Evening News” azarkeşlərlə birlikdə, klub tarixində ən pis formanı seçdi. Nəticə gözlənilən oldu: Lənətlənmiş boz forma.
SPORTİNFO.AZ

