Hamı bu qardaşlardan danışır: 850 məvacib alır, 30 faizini də...

15 Aprel 2020 15:45 İngiltərə 1 021
Hamı bu qardaşlardan danışır: 850 məvacib alır, 30 faizini də...

İndi İngiltərədə hər kəs Mettyu Lonqstaff adlı gənc futbolçudan danışır.

Mettyu özünü ilk dəfə futbol dünyasına ötən ilin oktyabrında tanıtdı.

Gənc yarımmüdafiəçinin “Nyukasl”da debütü uğurlu alındı. O, ilk qarşılaşmada “Mançester Yunayted”ə qarşı oynadı və komandasının qələbə qolunu vurdu - 1:0. Elə həmin vaxt məlum oldu ki, Mettyu “Nyukasl”da həftəyə cəmisi 850 funt məvacib alır. Bu da klubda ən aşağı göstəricidir.

İndi isə bəlli olub ki, 20 yaşlı futbolçu məvacibinin 30 faizini koronavirusla mübarizə aparan həkimlərə dəstək fonduna köçürür.

Mettyu “Nyukasl”ın 22 yaşlı futbolçusu Şon Lonqstaffın qardaşıdır. Böyük qardaş artıq əsas heyətdə möhkəmlənib. Ötən yay böyük qardaşın “Mançester Yunayted”ə keçəcəyi ilə bağlı məlumat yayılmışdı. “Nyukasl” ona 50 milyon funt qiymət qoyub.

Qardaşlar “Nyukasl”ın yetirmələridir və idmançı ailəsində böyüyüblər. Onların atası David Lonqstaff sabiq peşəkar xokkeyçidir. O, Böyük Britaniya yığmasının şərəfini qoruyub.

Devidin əmisi oğlu Alan Tompson isə peşəkar futbolçu olub. “Nyukasl”, “Bolton”, və “Seltik”də çıxış edən Alan bir oyunda İngiltərə yığmasının da formasını geyinib.

Şon cari mövsümdə Premyer Liqada 20 oyun keçirib, 1 qol vurub. Kiçik qardaş isə 7 oyunda meydana çıxıb və 2 dəfə fərqlənib. Mettyunun “Nyukasl”la müqaviləsi bu ilin yayında başa çatır.

Qardaşının müqaviləsi isə 2022-ci ilin yayına qədər nəzərdə tutulub. Koronavirus pandemiyası yayılana qədər klubun qardaşlarla yeni müqavilə bağlamağa hazırlaşdığı bildirilirdi. Ondan sonra isə bununla bağlı yenilik yoxdur.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti