MÜBAHİSƏ DÜŞDÜ: “Medallarını stolun üstünə qoy”

15 Aprel 2020 00:28 İngiltərə 865
MÜBAHİSƏ DÜŞDÜ: “Medallarını stolun üstünə qoy”

“Liverpul”un sabiq futbolçusu Qrem Suness “Mançester Yunayted”in oyunçusu Pol Poqbaya cavab verib.

Sportinfo.az xəbər verir ki, Poqba mətbuata verdiyi açıqlamada Sunessi tanımadığını bildirmişdi.

Qrem ona belə cavab verib: “Belə məqamda köhnə futbol frazası yada düşür: medallarını stolun üstünə qoy”.

Poqba əsas titullarını “Yuventus”la qazanıb. O, 4 dəfə A seriyasının qalibi olub. Suness isə “Liverpul”un heyətində 5 dəfə İngiltərə çempionu olub, 3 dəfə Çempionlar kubokunu qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM