Bu hücumçu rəsmən “Qarabağ“ın əlindən çıxdı

11 Aprel 2020 10:10 İngiltərə 1 067
Bu hücumçu rəsmən “Qarabağ“ın əlindən çıxdı

“Norviç Siti” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Qarabağ“ın da yaxından maraqlandığı və danışıqlar apardığı,Lüksemburq yığması ilə “Düdelanj”ın hücumçusu Danel Sinanini transfer edib.

22 yaşlı forvard yeni klubu ilə 3 illik müqaviləyə imza atıb. Kontrakt növbəti mövsümün startından etibarən qüvvəyə minəcək.

Premyer Liqa təmsilçisi bu keçidə görə heç bir təzminat ödəməyəcək. Çünki Sinaninin “Düdelanj”la müqaviləsi bu yay tamam olacaq və yeni klubuna məhz həmin vaxt qoşulacaq.

O, Lüksemburq çempionatında da 26 oyuna vurduğu 14 qolla ən məhsuldar futbolçudur. Lüksemburq yığmasının üzvü bu mövsüm Avropa Liqasında “Düdelanj”ın heyətində 11 oyuna çıxıb, 9 qola imza atıb.

2017-ci ildən “Düdelanj”da olan Sinani İngiltərə klubuna transferini belə şərh edib: “Norviç Siti” gözəl komandadır, dünyanın ən yaxşı çempionatında mübarizə aparır. Buna görə də təklif gələn kimi dərhal qərar verdim”.

O, turnirin qrup mərhələsində 4 qol, 1 assist performansla Avropa klublarının diqqətini çəkməyi bacarıb. "Düdelanj" Avropa Liqasının qrupunda "Sevilya", APOEL və "Qarabağ"la eyni qrupda mübarizə aparırdı.

Sinani qollarından ikisini "Sevilya"ya, ikisini də APOEL-ə vurub. APOEL-lə V turun matçında qırmızı vərəqə alan forvard "Qarabağ"la Bakıdakı qarşılaşmanı buraxıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti