Paytaxt klubu ulduzunu satır: İki müştərisi var

11 Aprel 2020 09:42 İngiltərə 1 134
Paytaxt klubu ulduzunu satır: İki müştərisi var

"Çelsi" fransalı yarımmüdafiəçi N Qolo Kanteni satmaq niyyətindədir.

Sportinfo.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçiyə əsas iddiaçılar İspaniya "Real Madrid"i ilə Fransa PSJ-sidir.

"Transfermarkt" Kantenin hazırkı qiymətinin 80 milyon avro olduğunu yazıb. Fransalı oyunçunun "zadəganlar"la müqaviləsi 2023-cü il iyunun 30-da bitir.

Bu mövsüm Kante "Çelsi"nin heyətində 22 oyuna 3 qol vurub. O, London klubuna 2016-cı ilin yayında İngiltərə "Lester"indən keçib. Təcrübəli futbolçu Fransanın "Kan" və "Bulon" komandalarında da forma geyinib və ölkə yığmasının heyətində 39 oyuna 1 qol vurub.

N Qolo Kante "Çelsi" və "Lester"in heyətində İngiltərə çempionu, "zadəganlar"ın heyətində Avropa Liqasının və ölkə kubokunun qalibi, Fransa millisi ilə isə dünya çempionu olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti