Mane - yalnız son illərin ən yaxşı hücumçularından biri və bəlkə də bu mövsümün ən yaxşı oyunçusu deyil, həm də inanılmaz dərəcədə səxavətli bir oğlandır. O, Seneqaldakı həmyerlilərinə mütəmadi olaraq kömək edir, koronavirusla mübarizə üçün 45 min avro bağışladı, doğma Bambalidə məktəb tikdi.
Növbəti altı ayda bu şəhərdə xəstəxana da olacaq. Tibb müəssisəsi yerli sakinlər üçün xüsusi bir hədiyyədir: 17 min əhalinin xəstəxanası yoxdur. Mane özü durmu belə izah edir: “Mən vaxtında göstərilən tibbi yardımın nə qədər vacib olduğunu bilirəm. Atamı xilas edə bilmədik, çünki Bambalidə, sadəcə, xəstəxana yox idi”.
Sadio, atasını 7 yaşında olanda itirib. Atası ağır xəstəlikdən əziyyət çəkirdi. Xəstəlik bir müddət geri çəkilsə də, sonradan özünü büruzə verdi. Sadio uşaqlarla futbol oynayarkən, əmisi oğlu gəlib atasının ölüm xəbərini verib.
Atasının vəziyyəti pisləşib, Bambalidə xəstəxana olmadığı üçün onu qonşu kəndə aparmalı olublar və yolda keçinib. Manenin doğma kəndində heç doğum evi də yoxdur. Qadınlar övladlarını evdə dünyaya gətirilər. Sadionun bacısı da evdə dünyaya gəlib. O, belə deyir: Xəstəxananın olmaması dəhşətli situasiyadır. Mən bu xəstəxananı tikməklə insanlara ümid vermək istəyirəm”.
Manenin dəqiq məntiqi var: əvvəlcə şəhərdə məktəb tikmək lazım idi (bunun üçün 200 min funt sərf etdi). Çünki təhsil inkişafın əsas aspektidir. Ardınca isə xəstəxana gəlir. Sağlam olmaq da hər kəsin haqqıdır.
Mane ildə 5 milyon funt qazanır. Amma bahalı əşyalara meyil salımır. Bunu belə izah edir: “10 “Ferrari” mənim nəyimə lazımdır? Və yaxud, briliyantla bəzədilmiş saatı, şəxsi təyyarəni neynirəm? Bütün bunlar mənə və dünyaya nə verir? Mən aclıq keçirmişəm, tarlada çalışmışam. Çox ağır dönəmdə yaşamışam. Mənim təhsil almaq haqqım, başqa hüquqlarım olmayıb.
Amma indi futboldan pul qazanıram və insanlara kömək edirəm. Məktəb, stadion tikdirmişəm. Kasıb insanları ərzaqla, geyimlə təmin edirəm. Mən hesab edirəm ki, bu pulu ona görə qazana bilirəm ki, onun bir hissəsini xalqıma sərf edim”.
Liverpuldakı məsciddə Mane dostu ilə rastlaşır, onu çay içməyə dəvət edir. Dostu deyir ki, gedə bilməz, məscidi yumalıdır. Sadio da bu işdə ona kömək edir. O, ölkəsinin əsas ulduzu deyil, həm də köməkçisidir.
SPORTİNFO.AZ

