"Yayda birdən-birə boyum 16 sm uzandı" - FOTO

7 Aprel 18:48 İngiltərə 228
"Yayda birdən-birə boyum 16 sm uzandı" - FOTO

"Liverpul"un müdafiəçisi Vircil van Dayk "Sport" nəşrinə danışıb.

Sportinfo.az xəbər verir ki, niderlandlı futbolçu klubun əfsanəsi olmaq arzusunda olduğunu bildirib:

"Liverpul"un əfsanəsi kimi xatırlanmağı arzulayıram. Karyeramı bitirdikdən sonra "Enfild"ə dönən futbolçulardan olmaq istəyirəm. Burada inanılmaz uğurlar qazanmaq arzusundayam. Möhtəşəm komandayıq. Bəzən klubun sabiq futbolçuları ilə söhbət edirəm. Özümü sevilən ailənin bir parçası kimi hiss edirəm".

193 sm boya sahib olan futbolçu fiziki cəhətdən inkişaf etməsi barədə bunları deyib: "Kiçik yaşlarımda boyum qısa idi. Hətta 16 yaşında kiçik qardaşım məndən hündür və cüssəli idi. 17 yaşıma girərkən yay fəslində 16 sm uzandım. Bundan sonra dizlərim cılız görünürdü. Çəlimsiz olsam da, çalışaraq, sağlam vücuda sahib oldum".

28 yaşlı müdafiəçi 2012-ci ildə 13 gün xəstəxanada müalicə aldığı günləri xatırlayıb: "2012-ci il aprelin 1-i mədəmdə infeksiya olduğu üçün 13 gün xəstəxanada yatdım.

Ayağa qalxanda 10 metr gedə bilmirdim. 1 ay sonra məşqlərə start verdim. Fizioterapiya həkimləri ilə tez-tez əlaqə saxladım. "Qroningen"də bir mövsüm oynadıqdan sonra "Sletik"ə transfer oldum".

Xəbər Lenti
27 May 20:20 Artur qərarın verdi