“Arsenal”da 5 illik anlaşma

20 Yanvar 2020 11:20 İngiltərə 807
“Arsenal”da 5 illik anlaşma

PSJ-nin futbolçusu Layven Kurzava yeni mövsümdə karyerasını İngiltərədə davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı müdafiəçi “Arsenal” klubu ilə razılıq əldə edib.

Bu barədə “France Football” nəşri məlumat yayıb. Xəbərdə, fransız futbolçunun “Arsenal”la 5 illik müqaviləyə razılaşdığı və yayda London klubuna keçəcəyi bildirilib.

2015-ci ildən PSJ-nin formasını geyinən Kurzavanın müqaviləsi mövsümün sonuna qədərdir. Fransa millisinə də dəvət alan müdafiəçi, “Arsenal”a azad agent kimi keçəcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı