"Deyilənlərə diqqətlə qulaq as" - Əsəbiləşdi

10 Dekabr 2019 20:07 İngiltərə 560
"Deyilənlərə diqqətlə qulaq as" - Əsəbiləşdi

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasında Avstriya “Zalsburq”u ilə matç öncəsi keçirilən mətbuat konfransında tərcüməçiyə irad tutub.

Sportrinfo.az xəbər verir ki, tərcüməsi futbolçu Cordan Hendersonun ingiliscədən dediyi sözləri almancaya səhv tərcümə edib.

O deyib ki, Henderson oyunun rahat keçəcəyini düşünür. Bu zaman Klopp onun dediklərinə müdaxilə edib. “Bu, tərcüməçi üçün pis haldır ki, onun yanında doğma dili almanca olan bir məşqçi əyləşib.

Henderson dedi ki, bu oyunun əhəmiyyətini bilirik. Bizim üçün asan olmayacaq. Deyilənlərə (tərcüməçiyə xitaban – red.) diqqətlə qulaq asmaq lazımdır. Yoxsa tərcüməni elə mən özüm edərəm. Bu, elə də çətin deyil” – deyə Klopp bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı