Azərbaycan komandası Avropada ikinci yeri tutdu

08:20 Güləş 71
Azərbaycan komandası Avropada ikinci yeri tutdu

Bolqarıstanın Samokov şəhərində keçirilən U-17 Avropa çempionatına yekun vurulub.

Sportinfo.az xəbər verir ki, sərbəst güləş üzrə Azərbaycan millisi uğurlu çıxış edərək 3 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb.

Yekunda 156 xal toplayan yığmamız çempion olan Rusiyadan cəmi 7 xal geri qalmaqla komanda hesabında Avropa ikincisi olub. Gürcüstan 124 xalla ilk “3-lüy”ü qapayıb.

Böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədov, Yaşar Əliyev və Allahverdi Vəliyevin rəhbərliyi altında Hüseyn Rzazadə (48 kq), İbrahim Həsənov (51 kq) və Nihad Süleymanlı (80 kq) Avropa çempionu olub.

Rəşid Nazarov (65 kq) gümüş, Tunar Həsənov (45 kq), Abbas Şəfiyev (55 kq) və Hakim Tağıyev (110 kq) isə bürünc medal qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR