İngiltərəli müdafiəçi ilə maraqlanır - “Mançester Yunayted”

01:40 İngiltərə 67
İngiltərəli müdafiəçi ilə maraqlanır - “Mançester Yunayted”

“Mançester Yunayted” “Arsenal”ın müdafiəçisi Mayls Luis-Skelli ilə maraqlanır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” 19 yaşlı futbolçunu müdafiənin sol cinahında Luk Şou ilə rəqabət aparacaq biri kimi görür.

Daha əvvəl “Arsenal”ın heyəti gücləndirmək üçün maliyyə əldə etmək məqsədilə öz yetirməsinin satış variantını nəzərdən keçirməyə hazır olduğu barədə xəbərlər yayılmışdı.

Son dönəmdə baş məşqçi Mikel Arteta Skellidən əsasən yarımmüdafiə xəttində yararlanır.

İngiltərəli futbolçu bu mövsüm 33 oyunda meydana çıxıb və 4 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti