İndi Premyer Liqa klubunun “radar”ındadır - “Real”ın yarımmüdafiəçisi

17 May 20:50 İngiltərə 587
İndi Premyer Liqa klubunun “radar”ındadır - “Real”ın yarımmüdafiəçisi

“Mançester Yunayted” “Real”ın yarımmüdafiəçisi Orelyen Tçuameni ilə maraqlanır.

Sportinfo.az “Roundtable” nəşrinə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” fransalını yay transfer pəncərəsində komandaya qoşulmağa razı salmağa çalışacaq.

Bildirilir ki, “Real” Tçuameninin ayrılığına yalnız futbolçunun özü klubdan getmək istədiyini açıqlayacağı halda razılıq verəcək.

Daha əvvəl Tçuameni ilə komanda yoldaşı Federiko Valverde arasında münaqişə yaşandığı barədə xəbərlər yayılmışdı.

26 yaşlı yarımmüdafiəçi bu mövsüm bütün turnirlərdə 48 oyunda iştirak edib, 2 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?