“Kifayət qədər iş görməyib” - Premyer Liqanın ən yaxşı oyunçusu kimdir?

22:00 İngiltərə 56
“Kifayət qədər iş görməyib” - Premyer Liqanın ən yaxşı oyunçusu kimdir?

“Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Pol Skoulz, Premyer Liqada mövsümün ən yaxşı oyunçusu ilə bağlı fikirlərini bölüşüb.

Bu yaxınlarda mövsümün ən yaxşı futbolçusu mükafatını “Mançester Yunayted”ın yarımmüdafiəçisi Bruno Fernandes qazansa da, Skoulz fərqli seçim edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli keçmiş futbolçu, ən yaxşı oyunçu adına “Arsenal”ın müdafiəçisi Qabrielin daha layiq olduğunu bildirib:

“Mən yəqin ki, Qabrieli seçərdim. Düşünürəm ki, bu mövsüm “Arsenal”ın ən yaxşı futbolçusu o olub.

Çoxu Deklan Rays (“Arsenal”ın yarımmüdafiəçisi) haqqında danışır, amma məncə, o, bu mükafat üçün kifayət qədər iş görməyib.

Bəli, ola bilər ki, Bruno Fernandes hamıdan yaxşı çıxış edib, amma “Arsenal” liqaya liderlik edir və buna görə, Qabriel də bu ada layiqdir”.

Braziliyalı Qabriel cari Premyer Liqa mövsümündə “topçular”ın heyətində keçirdiyi 30 oyunda 3 qol vurub və 4 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti