İtalyanı təxminən 25 milyon avroya satmağa hazırdır - Premyer Liqa nəhəngi

15:40 İngiltərə 60
İtalyanı təxminən 25 milyon avroya satmağa hazırdır - Premyer Liqa nəhəngi

“Liverpul”un vingeri Federiko Kyeza yay transfer pəncərəsində komandadan ayrıla bilər.

İtaliyalının yenidən vətəninə qayıdacağı ilə bağlı iddialar son illərdə olduğu kimi bu dəfə də gündəmdədir.

Sportinfo.az “Calciomercato”-ya istinadən xəbər verir ki, Mersisayd təmsilçisi 28 yaşlı oyunçunu təxminən 25 milyon avroya satmağa hazırdır.

Onun durumunu A Seriyasının iki top-klubu – “Yuventus” və “Napoli” yaxından izləyir.

Kyeza 2024-cü ilin avqustunda məhz “Yuventus”dan “Liverpul”a keçib. İngiltərə klubu bu transfer üçün 12 milyon avro ödəyib.

O, cari mövsümdə Arne Slotun komandasında bütün turnirlər daxil olmaqla 36 oyuna çıxıb, 3 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti