“Əvvəlki kimi əziyyət çəkmirdi, burada belə şeylər keçmir”

15:40 İngiltərə 100
“Əvvəlki kimi əziyyət çəkmirdi, burada belə şeylər keçmir”

“Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Pol Skoulz, icarə əsasında “Barselona”da çıxış edən Markus Reşford haqqında maraqlı fikirlər səsləndirib.

“Qırmızı şeytanlar”ın 28 yaşlı vingerinin gələcək mövsümdə harada oynayacağı hələ dəqiq deyil. Kataloniya klubu ingiltərəli futbolçunu yayadək icarəyə götürüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Skoulz, Reşfordun “Mançester Yunayted”ə qayıtmaq şansının çox az olduğunu bildirib:

“Mən artıq Reşfordu “Mançester Yunayted”də görmürəm. O, bütün davranışı ilə burada oynamaq istəmədiyini göstərirdi, əvvəlki kimi əziyyət çəkmirdi. Markusun sürəti və ustalığı var, amma kifayət qədər çalışmadan heç nəyə nail ola bilməzsən.

Söhbət təkəbbürdən getmir, sadəcə, ola bilər ki, o, özünü olduğundan daha yaxşı hesab etməyə başlayıb. “Mançester Yunayted”də belə şeylər keçmir. Düşünürəm ki, insanlar bunu dərhal hiss etdilər”.

Reşford bu yaxınlarda “Barselona”nın heyətində İspaniya çempionu olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti