“Mançester Siti” 115 milyon avro ayırmağa hazırdır - PSJ-nin yarımmüdafiəçisinə görə

00:20 İngiltərə 85
“Mançester Siti” 115 milyon avro ayırmağa hazırdır - PSJ-nin yarımmüdafiəçisinə görə

“Mançester Siti” PSJ-nin yarımmüdafiəçisi Joao Neveşi heyətinə qatmaq üçün ciddi transfer hazırlığı görür.

Sportinfo.az “El Nacional”-a istinadən xəbər verir ki, “şəhərlilər” portuqaliyalı futbolçunu yay transfer pəncərəsində almağı planlaşdırır.

“Mançester Siti” Neveşin transferi üçün təxminən 115 milyon avro ayırmağa hazırdır.

21 yaşlı yarımmüdafiəçi bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 36 oyunda meydana çıxıb, 7 qol vurub və 4 məhsuldar ötürmə verib.

Onun klubu ilə müqaviləsinin müddəti 2029-cu ilə qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti