“Mançester Yunayted”in sabiq futbolçusu Roy Kin hazırda komandaya rəhbərlik edən Maykl Karrikin məşqçilik keyfiyyəti ilə bağlı düşüncələrini bir daha dilə gətirib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, sabiq futbolçu bunu deyib:
“Təsəvvür edin ki, siz Pep Qvardiola və ya Mikel Artetasız. Tətildəsiz, yaxtanızda dincəlirsiz və birdən Karrikin “Mançester Yunayted”in baş məşqçisi vəzifəsində qalacağı xəbərini görürsüz.
Sizcə, bu sizi qorxudarmı? Mən belə düşünmürəm.
Səhv etmək istərdim, amma Karriki növbəti iki-üç il ərzində “Mançester Yunayted”in baş məşqçisi kimi görmürəm. Komandanın rəqiblərini əsəbiləşdirəcək səlahiyyətli birinə ehtiyacı var”.
Karrik bu ilin yanvar ayında “Mançester Yunayted”in baş məşqçi postunda Ruben Amorimi əvəz edib. Onun rəhbərliyi altında komanda mövsümün ikinci yarısında uğurlu çıxış etməyə başlayıb.
Baş məşqçinin yeni mövsümdə “qırmızı şeytanlar”la yoluna davam edib-etməyəcəyi hələ də bəlli deyil, lakin bunun baş vermə ehtimalı getdikcə artır.

