Klublarımız avrokuboklarda mübarizəyə hansı mərhələdən və hansı tarixdə başlayacaq?

11:00 Bizimkilər 214
Klublarımız avrokuboklarda mübarizəyə hansı mərhələdən və hansı tarixdə başlayacaq?

2026/27 mövsümü Azərbaycanı UEFA-nın Avropa kuboklarında təmsil edəcək sonuncu iştirakçı da müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bu, “Neftçi”nin 32-ci turda “Sabah” üzərindəki səfər qələbəsi (2:1) sayəsində mümkün olub.

Son turun nəticəsindən asılı olmayaraq, “ağ-qaralar” mövsümü 4-cü yerdə başa vuracaq.

Beləliklə, “Neftçi” Azərbaycanı UEFA-nın Konfrans Liqasında təmsil etmək hüququ əldə edib.

Bundan əvvəl “Sabah” Çempionlar Liqasına, “Qarabağ” Avropa Liqasına, “Turan Tovuz” isə Konfrans Liqasına vəsiqə qazanmışdı.

Bəs, klublarımız yeni mövsüm mübarizəyə hansı mərhələdən və hansı tarixdə başlayırlar? Püşkatmalar nə vaxtdır?

“Sabah”

Çempionlar Liqasına 1-ci mərhələdən başlayır.

Püşkatma tarixi: 16 iyun

Mərhələnin ilk oyunları: 7/8 iyul

Cavab oyunları: 14/15 iyul

Qarabağ

Avropa Liqasına 1-ci mərhələdən başlayır.

Püşkatma tarixi: 16 iyun

Mərhələnin ilk oyunları: 9 iyul

Cavab oyunları: 16 iyul

“Turan Tovuz

Konfrans Liqasına 2-ci mərhələdən başlayır.

Püşkatma tarixi: 17 iyun

2-ci mərhələnin ilk oyunları: 23 iyul

Cavab oyunları: 30 iyul

Neftçi

Konfrans Liqasına 1-ci mərhələdən başlayır.

Püşkatma tarixi: 16 iyun

1-ci mərhələnin ilk oyunları: 9 iyul

Cavab oyunları: 16 iyul

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti