“Mançester Siti” artıq baş məşqçi Xosep Qvardiolanın yerinə başqa bir namizəd seçib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Enzo Mareska ispaniyalı mütəxəssisin yerini tutacaq.
“Şəhərlilər” italiyalı məşqçiylə prinsipial razılığa gəliblər. Tərəflər vaxtı 2028-ci ilə qədər olan müqavilə imzalayıblar və əlavə bir il müddətinə müqavilə imzalamaq imkanı da var.
Qvardiola ayrılmaq qərarına gələrsə, Mareska ilə müqavilə iyul ayında qüvvəyə minəcək. Mareska hazırda yalnız İngiltərə klubunun hazırkı baş məşqçisinin qərarını gözləyə bilər.
46 yaşlı mütəxəssis daha əvvəl “Çelsi”də çalışıb və yanvar ayında oradan qovulub.

