Mbappenin transferi ilə bağlı paylaşım etdilər, Vinisius bəyəndi

5 Fevral 2024 10:00 İngiltərə 838
Mbappenin transferi ilə bağlı paylaşım etdilər, Vinisius bəyəndi

“Real”ın hücumçusu Vinisius Junior PSJ-nin forvardı Kilian Mbappenin Madrid klubuna mümkün transferi ilə bağlı paylaşımı bəyənib.

Sportinfo.az xəbər verir ki, “Sneaker Shopping” şousu sosial şəbəkədə Mbappe və Vinisiusun hesablarının etiketləndiyi paylaşım edib və postda bunlar yazılıb:

“Sneaker Shopping”in iki əfsanəsi tezliklə “Santyaqo Bernabeu” stadionunda birləşəcək”.

Vinisius bu paylaşımı bəyənib.

Daha əvvəl mətbuatda braziliyalı futbolçunun Mbappenin “Real”a keçidinin əleyhinə olduğu və keçid baş verərsə, klubu tərk edəcəyi ilə bağlı məlumatlar yayılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti