Azərbaycanlı futbolçunun komanda yoldaşı “Tottenhem”də

4 Fevral 2024 03:30 İngiltərə 834
Azərbaycanlı futbolçunun komanda yoldaşı “Tottenhem”də

Azərbaycanlı futbolçu Musa Qurbanlının İsveç “Yurqorden”indəki komanda yoldaşı Lukas Berqvall İngiltərə klubu “Tottenhem”ə keçib.

Sportinfo.az xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçi London təmsilçisi ilə 5 illik müqavilə bağlayıb.

İspaniya nəhəngi “Barselona” ilə anlaşan Berqvall kataloniyalıların baş məşqçisi Xavi Ernandesin yayda ayrılacağını açıqlamasından sonra fikrini dəyişib.

Razılığa əsasən, isveçli orta sahə oyunçusu mövsümün sonunda “Tottenhem”ə qoşulacaq. Bu transfer “Yurqorden”ə 10 milyon avro qazandıracaq.

Lukas Berqvall 2023-cü ilin fevralından formasını geyindiyi “Yurqorden”in heyətində 29 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti