Bu satışı bir halda nəzərdən keçirə bilər - Paytaxt “zadəganlar”ı

15:20 İngiltərə 19
Bu satışı bir halda nəzərdən keçirə bilər - Paytaxt “zadəganlar”ı

“Çelsi”nin yarımmüdafiəçisi Romeo Lavia qış transfer dövründə “Aston Villa”ya keçməkdə maraqlı deyil.

Sportinfo.az “Football Insider”-ə istinadən xəbər verir ki, Birmingem təmsilçisi belçikalı futbolçunun xidmətində maraqlıdır. Ancaq onu komandasını dəyişməyə razı salmaq asan olmayacaq.

Lavia “Çelsi”dəki mövqeyindən razıdır və əsas heyətdə yer qazanmaq uğrunda mübarizəni davam etdirmək niyyətindədir. London klubu da mövsümün ortasında futbolçu ilə yollarını ayırmağa həvəsli deyil.

22 yaşlı yarımmüdafiəçi “Çelsi”yə 2023-cü ildə, 53 milyon funt-sterlinq (təxminən 63,5 milyon avro) qarşılığında “Sauthempton”dan keçib.

Həmin vaxtdan bəri zədələr onun çıxışına mane olub. O, cari mövsümdə Premyer Liqada 6 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.

“Çelsi” Lavianın qışda satışını yalnız bir neçə yeni yarımmüdafiəçi transfer edə biləcəyi halda nəzərdən keçirə bilər. Bu səbəbdən, “Aston Villa”nın onu heyətinə qatmaq şansı yüksək qiymətləndirilmir.

Digər Xəbərlər
Xəbər Lenti