“Neftçi”nin futbolçularını iclas otağına yığdı, SƏRT MESAJ verdi

13:40 Neftçi 64
“Neftçi”nin futbolçularını iclas otağına yığdı, SƏRT MESAJ verdi

«Neftçi»nin futbolçuları meydanda etdiyi hər hərəkətə diqqət yetirməlidir. Bu tapşırıq Yuri Verniduba məxsusdur. Ötən ilin oktyabrından bəri «ağ-qaralar»ı çalışdıran ukraynalı komandadaxili toplantıda mühüm mesajlar verib. 60 yaşlı mütəxəssis ad çəkməyib, amma İqor Ribeyronu nəzərdə tutduğu şübhə doğurmayan iradlar səsləndirib. Vaxtilə «Şerif»i Çempionlar Liqasının əsas mərhələsinə çıxarmış sükançı tapşırıb ki, o, bundan sonra yersiz sarı və qırmızı vərəqə alan futbolçulara münasibətdə sərt davranacaq. Baş məşqçi bildirib ki, bu kimi hallar bağışlanmazdır və kim nizam-intizam kodeksindən kənara çıxarsa, böyük məbləğdə cərimələnəcək: «Mənim üçün bu, çox əhəmiyyətli məsələdir. Hazırda Premyer Liqanın lideriyik. Hər birimiz bunun məsuliyyətini başa düşməliyik. Çempion olmaq istəyiriksə, çempion kimi oynamalıyıq. Mən komandanın məqsədlərinə ziyan vuran futbolçuları anlamıram. Onlar meydanda olmamalıdır. İndiyədək bir neçə belə hadisəylə qarşılaşmışam. Bir daha olmasın».

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti