"Neftçi"də təhlükəsiz idman mühitindən söhbət açdılar

07:50 Neftçi 45
"Neftçi"də təhlükəsiz idman mühitindən söhbət açdılar

"Neftçi"nin təşkilatçılığı ilə 20 oktyabr – 20 noyabr Uşaq Hüquqları ayı çərçivəsində uşaqların hüquqlarının müdafiəsi və təhlükəsiz idman mühitinin təşviqi məqsədilə seminar təşkil olunub.

Sportinfo.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisindən məlumat verilib.

"Palms Sports" Futbol Mərkəzində keçirilən tədbirdə "ağ-qaralar"ın 12, 13 və 14 yaşadək futbolçulardan ibarət komandalarının üzvləri iştirak ediblər.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin, Ombudsman aparatının Uşaq Hüquqlarının müdafiəsi sektorunun böyük məsləhətçisi Azər İsalının çıxış etdiyi seminarda əsas mövzular uşaqların hüquq və vəzifələri, futbolda uşaq hüquqları və uşaqların internet təhlükəsizliyi olub.

Digər Xəbərlər
Xəbər Lenti
19 Noyabr 18:10 Çək və bizə göndər!