Qurban Qurbanovdan növbəti XƏBƏRDARLIQ: Biz səni cərimələməkdən bezdik, sən isə…

13:00 Qarabağ 89
Qurban Qurbanovdan növbəti XƏBƏRDARLIQ: Biz səni cərimələməkdən bezdik, sən isə…

“Qarabağ“ın baş məşqçisi Qurban Qurbanov Kadi Borgesə növbəti dəfə xəbərdarlıq edib.

Saytımız bu barədə klubdan məlumat alıb.

Redaksiyamıza daxil olan informasiyaya görə, təcrübəli mütəxəssis braziliyalı yarımmüdafiəçiyə artıq çəkisini irad tutub.

29 yaşlı “sambaçı“nın diqqətinə çatdırıb ki, onun formaya düşməməsi komandanın çıxışına mənfi təsir göstərir. Bildirib ki, tezliklə bu problemi aradan qaldırmalıdır, əsas heyətdə yerini itirəcək.

Qurbanov xatırladıb ki, mövcud hal uzun müddətdir davam edir və bu, onda ciddi narahatlıq yaradır. Necə deyərlər, biz səni cərimələməkdən bezdik, sən isə çəkini atmaqdan yox.

2021-22-ci illərdə “Qarabağ”da çıxış edən Kadi Borges 75 oyunda 28 qol vurub. O, həmin mövsümdə Azərbaycan çempionu və kubokunun qalibi olub.

Daha sonra 5 milyon avro qarşılığında “Krasnodar“a satılıb. Rusiya klubu isə cənubi amerikalını 1,5 il sonra həmin məbləğə “Ferentsvaroş“a göndərib.

Braziliyalı 2025-ci ilin fevralında Macarıstandan Azərbaycana dönüb və 4 illik müqavilə imzalayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti