Bakıdan gedən nümayəndə heyəti Strasburqdakı iclasda iştirak etdi

05:00 Digər növlər 26
Bakıdan gedən nümayəndə heyəti Strasburqdakı iclasda iştirak etdi

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) nümayəndələri Fransanın Strasburq şəhərində Ümumdünya Antidopinq Agentliyi (WADA) üzrə Ad Hoc Avropa Komitəsinin (CAHAMA) 73-cü iclasında iştirak ediblər.

Sportinfo.az xəbər verir ki, bu barədə AMADA-dan məlumat verilib.

Toplantıya qurumun icraçı direktoru Təhminə Tağı-zadənin rəhbərlik etdiyi nümayəndə heyəti qatılıb.

Tədbirin gündəliyində CAHAMA-nın 72-ci iclasının hesabatının təsdiqi, 2027-ci ilin mart ayında keçiriləcək sədr və sədr müavini vəzifələrinə seçkilərə hazırlıq, Katibliyin fəaliyyəti, eləcə də WADA ilə əməkdaşlığın aktual məsələləri yer alıb.

Toplantının əsas müzakirə mövzularından biri 24-26 noyabr 2026-cı il tarixlərində Qazaxıstanın Astana şəhərində keçiriləcək WADA-nın İcraiyyə Komitəsi və Təsisçilər Şurasının iclaslarına hazırlıq olub. A

vropa dövlətlərinin nümayəndələri qarşıdakı iclasların gündəliyində yer alan məsələlər ətrafında fikir mübadiləsi apararaq, qlobal antidopinq siyasəti üzrə Avropanın əlaqələndirilmiş mövqeyinin formalaşdırılmasını müzakirə ediblər.

İclas çərçivəsində, həmçinin Avropa Şurasının Antidopinq Konvensiyasının müvafiq məşvərət qruplarının və ekspertlərinin təqdimatları dinlənilib,

OneVoice təşəbbüsü və CAHAMA-nın mandatının həyata keçirilməsi ilə bağlı məsələlər nəzərdən keçirilib. Açıq sessiyada CAHAMA-nın müşahidəçiləri və iştirakçıları ilə antidopinq sahəsində mühüm mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Noyabr 18:10 Çək və bizə göndər!