Premyer Liqada ikinci dövrə bu gün başladı.
11 turdan sonra «Neftçi» 24 xalla vahid lideridir.
21 xalı olan «Sabah»la «Turan Tovuz» ikinci-üçüncü pillələri bölüşdürür. Həmişə zirvədə görməyə adət etdiyimiz «Qarabağ» isə dördüncü yerdədir.
Burada «Qarabağ»ın ötən mövsümünü də xatırlamaq yerinə düşər.
Daxili çempionatda müəyyən çətinliklər yaşasalar da, Çempionlar Liqasının liqa mərhələsini uğurla başa vuraraq ilk 24 iştirakçı sırasına daxil oldu və pley-offa vəsiqə qazandı. Beləliklə, Avropa arenasında mübarizəsini davam etdirdi.
«Sabah»ın vəziyyəti isə fərqlidir. Hazırkı turnir cədvəlini və qarşıdakı rəqibləri nəzərə alsaq, Avropada mübarizəni davam etdirmək imkanları xeyli məhduddur.
Ona görə də düşünürük ki, «Sabah» üçün əsas məsələ hazırkı uğursuz nəticələrə emosional reaksiya vermək deyil, mövsümün qalan hissəsini düzgün planlaşdırmaqdır.
Avropa təcrübəsindən maksimum faydalanmaq, futbolçuların fiziki vəziyyətini qorumaq və daxili çempionatda hədəflərdən uzaqlaşmamaq lazımdır.
Çünki futbol qısa məsafə deyil, uzun marafondur. Və bu marafonda əsas nəticəni bir neçə turun deyil, bütün mövsümün yekunu müəyyən edir.
SPORTİNFO.AZ
