“Bu adamdan heç nə alınmayacaq və heç bir böyük uğur qazanılmayacaq”

14:20 Araz-Naxçıvan 61
“Bu adamdan heç nə alınmayacaq və heç bir böyük uğur qazanılmayacaq”

Ukrayna millisinin sabiq baş məşqçisi Yozef Sabo UEFA Millətlər Liqasının son iki turunda Şimali İrlandiya (0:1) və Gürcüstanla (1:0) keçirilən oyunları dəyərlədirib.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, o, komandanın baş məşqçisi Andrea Malderanın bu postda qalmağa layiq olmadığını düşünür.

Sabo hətta yığmanı yüksək səviyyədə çalışdıra biləcək yerli məşqçilərin adlarını da çəkib. İtaliyalı mütəxəssisin fəaliyyətini “2” balla qiymətləndirən

Sabo hazırda “Araz-Naxçıvan”a rəhbərlik edən Yuri Maksimovu bu posta layiq hesab edir: “Bu Malderadan heç nə alınmayacaq və heç bir böyük uğur qazanılmayacaq.

Mənim üçün bu posta əsas namizəd Miron Markeviçdir. Digər variantlar kimi Yuri Kalitvintsev və Yuri Maksimovu qeyd etməliyəm”.

6 oyunda 7 xal toplayaraq qrupda 3-cü yeri tutan Ukrayna yığması B Liqasındakı yerini qoruyub.

maksimov11 1024x665 1 - Futbolinfo.az
Digər Xəbərlər
Xəbər Lenti