Dörd azərbaycanlı dünya çempionatında mübarizə aparacaq

07:10 Taekvondo 40
Dörd azərbaycanlı dünya çempionatında mübarizə aparacaq

Azərbaycanın 4 parataekvondoçusu noyabrın 20-22-də Cənubi Koreyanın Muju şəhərində keçiriləcək dünya çempionatında iştirak edəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsindən bildirilib.

Yarışda ölkəni K44 kateqoriyasında İmaməddin Xəlilov (70 kq), Sabir Zeynalov (58 kq), Amin Əliyev (63 kq) və Səmayə Həsənova (47 kq) təmsil edəcəklər.

İdmançılar mundialda baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında çıxış edəcəklər.

Digər Xəbərlər
Xəbər Lenti
19 Noyabr 18:10 Çək və bizə göndər!