Millinin son oyununu yarımçıq tərk edən yarımmüdafiəçiyə nə olub?

09:40 Sabah 66
Millinin son oyununu yarımçıq tərk edən yarımmüdafiəçiyə nə olub?

Andorra ilə yoxlama matçının son dəqiqələrində zədələnən və meydandan çıxan Abdulla Xaybullayev müayinədən keçirilib.

3:1 hesablı qələbədə iştirak etmiş yarımmüdafiəçinin aldığı xəsarətin ciddi olmadığı müəyyənləşib.

Belə ki, rəqiblə mücadilə zamanı orta sahə oyunçusunun sağ diz qapağındakı köhnə zədə yeri onu incidib.

Dağıstan kökənli Xaybullayev artıq bu gün «Sabah»ın heyətində forma geyinə bilər. Təbii ki, Valdas Dambrauskas xidmətinə ehtiyac duysa.

«Bayquşlar» Premyer Liqanın 12-ci turu çərçivəsində «Sumqayıt»ın qonağı olacaq. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşma 19:00-da başlayacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Noyabr 18:10 Çək və bizə göndər!