“Sabah” - “Barselona” matçına 74 ölkədən bilet aldılar - FOTO

12:40 Sabah 63
“Sabah” - “Barselona” matçına 74 ölkədən bilet aldılar - FOTO

Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda keçiriləcək “Sabah” - “Barselona” qarşılaşmasına böyük maraq var.

Sportinfo.az xəbər verir ki, bu barədə Masazır təmsilçisi sosial şəbəkə hesabında paylaşım edib.

Klubun məlumatına görə, qarşılaşmaya dünyanın 74 ölkəsindən azarkeşlər bilet alıblar.

“74 ölkə. Bir böyük oyun. 74 ölkədən azarkeşlər “Sabah” – “Barselona” matçına bilet alıblar”, – deyə paylaşımda qeyd olunub.

Qarşılaşma noyabrın 25-i saat 21:45-də Bakı Olimpiya Stadionunda baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti