Premyer Liqada çıxış etməyə həvəs göstərənlərə baxın - CANLI YAYIM

14:00 I Divizion 84
Premyer Liqada çıxış etməyə həvəs göstərənlərə baxın - CANLI YAYIM

Bu gün I Liqada səkkizinci tura yekun vurulacaq.

Sportinfo.az xəbər verir ki, son iyun günündə 2 qarşılaşma keçiriləcək.

“Şimal” Şamaxıda “Zaqatala”nı qəbul edəcəksə, Premyer Liqaya vəsiqə uğrunda mübarizə aparan iki komanda Binədə üz-üzə gələcək.

“Şahdağ“ burada “Gəncəbasar“ı “dişinə vuracaq“. Qusar təmsilçisi turnir cədvəlində ən yaxın izləyicisini üstləyərsə, zirvədə yerini bir qədər də möhkəmləndirəcək.

“Şahdağ Qusar” – “Gəncəbasar”
Hakimlər: Kamal Umudlu, Rəhman Aslanov, Asif Abdullayev, Maqsud Şamıyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Binə qəsəbə stadionu, 14:00

“Şimal” – “Zaqatala”
Hakimlər: İslam Məmmədov, Zakir Şükürzadə, Elman Kərimov, Mahmud Bağırzadə
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: İlham Əliyev
Şamaxı OİK stadionu, 14:00

Digər Xəbərlər
Xəbər Lenti