Mərkəz müdafiəçisini “Real”a satmaq istəmir - “Qarabağ”ın rəqibi

8 Sentyabr 2025 21:40 İngiltərə 1 649
Mərkəz müdafiəçisini “Real”a satmaq istəmir - “Qarabağ”ın rəqibi

“Liverpul”un mərkəz müdafiəçisi İbrahima Konate İngiltərə klubunun rəhbərliyi ilə yeni müqavilə imzalamaq üçün danışıqlar aparır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızılar” “Real”ın maraqlandığı fransalı futbolçunu komandada saxlamaq istəyir.

Konatenin “Liverpul”la hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.

26 yaşlı müdafiəçi 2024/25 mövsümündə London klubunun heyətində 42 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

“Liverpul” UEFA Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindən biridir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti