“Qarabağ”ın rəqibi əl çəkmir - “Barselona”nın yarımmüdafiəçisindən

7 Sentyabr 2025 01:40 İngiltərə 583
“Qarabağ”ın rəqibi əl çəkmir - “Barselona”nın yarımmüdafiəçisindən

“Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes İngiltərə Premyer Liqasının top-klublarından birinə keçə bilər.

Sportinfo.az “Tribal Football”-a istinadən xəbər verir ki, 22 yaşlı futbolçuya “Çelsi” hələ də maraq göstərir.

London klubu qış transfer pəncərəsində Lopesin transferini reallaşdırmağa çalışacaq. Yayda tərəflər danışıqlar aparsa da, razılaşma əldə edilməmişdi.

İspaniyalı futbolçu ötən mövsüm La Liqada 28 oyunda iştirak edib, 6 qol vurub və 5 məhsuldar ötürmə verib. Onun “Barselona” ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.

“Çelsi” UEFA Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindən biridir.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!
30 Avqust 01:00 "Komandam pis deyildi"