"O, böyük maaş alır" - “Qarabağ”ın rəqibinin futbolçusu tənqid edildi

21:40 İngiltərə 167
"O, böyük maaş alır" - “Qarabağ”ın rəqibinin futbolçusu tənqid edildi

“Real”ın sabiq futbolçusu Maykl Ouen “Qarabağ”ın UEFA Çempionlar Liqasında rəqibi olan “Çelsi”nin hücumçusu Rahim Sterlinqin vəziyyəti ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Sterlinqi tənqid edib:

“O, böyük maaş alır və “Arsenal”dakı şansından tam istifadə etməyib. Sterlinq açıq şəkildə “Çelsi”nin tələblərinə cavab vermir.

Təəssüf ki, indi onun yeganə variantı yəqin ki, “Kristal Pelas”, “Vest Hem” və ya buna bənzər bir klubdur. Ancaq o, maaşının əhəmiyyətli dərəcədə azaldılmasına razılaşarsa.

Əsas məsələ maaşdır. Bəzi insanlar deyə bilər ki, “siz artıq kifayət qədər qazanmısız”.

Amma daha çox oyun vaxtınız olsa belə, daha az prestijli kluba getmək üçün həftədə 200 min funt sterlinqdən imtina etməyə hazırsızmı?”

Digər Xəbərlər
Xəbər Lenti