
“Mançester Yunayted”in qapıçısı Altay Bayındır karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Sportinfo.az “Attacking Football”-a istinadən xəbər verir ki, 27 yaşlı futbolçu ilə “Trabzonspor” maraqlanır.
Türkiyədə transfer pəncərəsi hələ bir həftə açıq qalacaq, bu səbəbdən, tərəflər razılaşmanı vaxtında yekunlaşdıra bilərlər.
Altay Bayındırın bazar dəyəri 8 milyon avro qiymətləndirilir və onun “qırmızı şeytanlar”la müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir.
Türkiyəli futbolçu ötən mövsümdə 10 oyunda iştirak edib, 18 top buraxıb və 3 matçda qapısını toxunulmaz saxlayıb.