
“Mançester Yunayted”in “Aston Villa”nın qapıçısı Emiliano Martinesin transferindən niyə imtina etdiyi məlum olub.
Əvvəllər xəbər yayılmışdı ki, tərəflər razılığa gəlib, ancaq son anda “qırmızı şeytanlar” 23 yaşlı Senne Lammensi “Antverpen”dən seçiblər.
Sportinfo.az “Mirror”-a istinadən xəbər verir ki, klub rəhbərliyi 33 yaşlı Martinesin xidmətlərindən imtina etməyə qərar verib.
Səbəb kimi onun yaşı və illik təxminən 12 milyon avro məvacibi göstərilib.
Argentinalı qapıçı 2020-ci ildən “Aston Villa”da çıxış edir. O, cari mövsümdə Premyer Liqada bir oyuna çıxıb və 1 top buraxıb.