Serbiyalı hücumçunu transfer siyahısına daxil etdi - Premyer Liqa klubu

13 Dekabr 2024 15:40 İngiltərə 852
Serbiyalı hücumçunu transfer siyahısına daxil etdi - Premyer Liqa klubu

“Yuventus”un hücumçusu Duşan Vlahoviç İngiltərə Premyer Liqasına keçə bilər.

Sportinfo.az “Football Insider”-ə istinadən xəbər verir ki, “Mançester Yunayted” hücum xəttini gücləndirmək ümidi ilə serbiyalı forvard uğrunda mübarizəyə qoşulacaq.

Əvvəllər mətbuatda dəfələrlə “Arsenal”ın Vlahoviçlə maraqlanması ilə bağlı məlumatlar yer alıb.

24 yaşlı futbolçu cari mövsümdə “Yuventus”un heyətində bütün turnirlərdə 18 oyun keçirib, 10 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun Turin klubu ilə hazırkı müqaviləsi 2026-cı il iyunun 30-da başa çatacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 Yanvar 16:10 Çək və bizə göndər!
17 Yanvar 08:50 "Qarabağ"ın 3:1 FOTOLARı
17 Yanvar 02:30 Yoxladılar - 1:0