Məşhur oyunçu yenidən “Mançester Yunayted”ə qayıdacaq?

11 Dekabr 2024 01:30 İngiltərə 540
Məşhur oyunçu yenidən “Mançester Yunayted”ə qayıdacaq?

“Mançester Yunayted”in keçmiş futbolçusu Luis Saha fransalı yarımmüdafiəçi Pol Poqbanın “qırmızı şeytanlar”a qayıdacağı barədə danışıb.

Sportinfo.az “Daily Mail”-ə istinadən xəbər verir ki, fransalı Poqbanın mümkün qədər tez əvvəlki səviyyəsinə qayıtmalı olduğunu bildirib:

“Poqba mümkün qədər tez əvvəlki səviyyəsinə qayıtmalıdır. Ən yaxşı oyunçularla məşqlərə çıxmaq ona kömək edəcək.

Düşünürəm ki, o, “Mançester Yunayted”ə qayıtmaqdan çox şad olardı. Komandada indi hücum gücü və təcrübəli futbolçu yoxdur. Poqba yaxşı bir seçim olardı”.

31 yaşlı Poqba hazırda dopinqə görə cəza çəkir. Qadağanın müddəti gələn ilin martında başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti
27 Dekabr 18:10 Çək və bizə göndər!
27 Dekabr 02:30 1000 manatlıq söyüş