“Çelsi”nin hücumçusu üçün 60 milyon avro ödəməyə hazırdır - Ərəblər

4 Dekabr 2024 00:20 İngiltərə 824
“Çelsi”nin hücumçusu üçün 60 milyon avro ödəməyə hazırdır - Ərəblər

“Çelsi”nin hücumçusu Kristofer Nkunku komandasını dəyişə bilər.

Sportinfo.az “Fichajes”-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının bir neçə klubu fransalı futbolçu ilə müqavilə imzalamaqda maraqlıdır.

Ərəblər London klubuna Nkunku üçün 60 milyon avro ödəməyə hazırdırlar.

27 yaşlı forvard hələ də “Çelsi”də əsas heyətə düşə bilmir, zədələr buna böyük təsir göstərir.

O, cari mövsümdə London klubunun bütün oyunlarında 20 matçda iştirak edib, 11 qol vurub və 1 məhsuldar ötürmə verib.

Nkunkunun “Çelsi” ilə hazırkı müqaviləsi 30 iyun 2029-cu ilə qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 18:10 Çək və bizə göndər!
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 13:30 "Sportinfo TV”də GÜNDƏM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız