Adrien Rabyonun agenti oyunçunun potensial transferi ilə bağlı “Arsenal” və “Tottenham”lə əlaqə saxlayıb.
Sportinfo.az xəbər verir ki, bu barədə TBR nəşri məlumat yayıb.
“Yuventus” iyulun 18-də fransalı yarımmüdafiəçinin müqaviləsinin başa çatması səbəbindən komandadan ayrıldığını açıqlayıb.
Rabyo 2019-cu ildən İtaliya klubunda çıxış edirdi. 29 yaşlı futbolçu bu müddət ərzində İtaliya çempionu və iki dəfə ölkə kubokunun qalibi olub.