“Bu, baş verməsə, o zaman hazırkı heyətimizlə qalacağıq” - Transferlərlə bağlı danışdı

27 İyul 2024 18:40 İngiltərə 923
“Bu, baş verməsə, o zaman hazırkı heyətimizlə qalacağıq” - Transferlərlə bağlı danışdı

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola bu yay mümkün yeni transferlərlə bağlı sualı cavablandırıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı komandanı kimsə tərk etməsə, hazırkı heyətlə qalacaqlarını bildirib:

“Saviodan sonra daha çox imzalar? Hazırda yox.

Yaxın gələcəkdə kimsə bizi tərk edərsə, o zaman ola bilər. Amma bu baş verməsə, o zaman hazırkı heyətimizlə qalacağıq”.

Qvardiola 2016-cı ildən “Mançester Siti”nin baş məşqçisidir. Tərəflər arasındakı müqavilə gələn ilin yayında başa çatır.

Komanda ötən mövsüm onun rəhbərliyi altında növbəti dəfə İngiltərə çempionu olub.

Digər Xəbərlər
Xəbər Lenti
31 Avqust 17:30 Çək və bizə göndər!