Premyer Liqadan ayrılan müdafiəçi karyerasını Fransanın yolunu tutdu

26 İyul 2024 18:20 İngiltərə 988
Premyer Liqadan ayrılan müdafiəçi karyerasını Fransanın yolunu tutdu

“Çelsi” ilə müqaviləsinə xitam verən mərkəz müdafiəçisi Malanq Sarr karyerasını Fransa çempionatında davam etdirəcək.

Sportinfo.az Liqa-1 klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 25 yaşlı futbolçu “Lans”a keçib.

O, fransızlarla 2 illik müqavilə imzalayıb.

Sarr “Çelsi”nin heyətində 21 oyun keçirib, qol vurmayıb. Fransalı futbolçu əvvəllər “Nitsa”, “Portu” və “Monako”da çıxış edib.

“Lans” Fransa çempionatının ötən mövsümündə 34 matçda 51 xal toplayaraq, turnir cədvəlini 7-ci pillədə başa vurub.

Digər Xəbərlər
Xəbər Lenti
31 Avqust 17:30 Çək və bizə göndər!