60 milyon avroya aldığı oyunçudan qurtulmaq istəyir - Premyer Liqa nəhəngi

24 İyul 2024 12:20 İngiltərə 1 005
60 milyon avroya aldığı oyunçudan qurtulmaq istəyir - Premyer Liqa nəhəngi

Meyson Maunt yay transfer pəncərəsində “Mançester Yunayted”i tərk edə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın rəhbərliyi ingiltərəli futbolçunu satışa çıxarmağa və yaxşı məbləğdə təzminat qarşılığında ondan qurtulmağa hazırdır.

MY 25 yaşlı yarımmüdafiəçini “Çelsi”dən 60 milyon avroya alıb. O, Premyer Liqada ötən mövsüm 14 oyun keçirib, 1 qol vurub.

Meyson Maunt “qırmızı şeytanlar”ın aparıcı oyunçusu deyil. Daha əvvəl “Mançester Yunayted”in bu futbolçunu satmağı planlaşdırmadığı bildirilirdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti