Qvardiola “Mançester Siti”də görmək istəyir - Keçmiş futbolçusunu

19 İyul 2024 00:20 İngiltərə 553
Qvardiola  “Mançester Siti”də görmək istəyir - Keçmiş futbolçusunu

“Bayern”in yarımmüdafiəçisi Coşua Kimmix karyerasını İngiltərədə davam etdirə bilər.

Sportinfo.az “Todofichajes”-ə istinadən xəbər verir ki, almaniyalı futbolçunun xidmətində “Mançester Siti” maraqlıdır.

“Şəhərlilər”in baş məşqçisi Pep Qvardiola Kimmixlə çalışmaq istəyir. İspaniyalı mütəxəssis daha əvvəl 29 yaşlı futbolçu ilə Münhen klubunda işləyib.

“Transfermarkt” alman yarımmüdafiəçinin dəyərini 50 milyon avro qiymətləndirir. Onun “Bayern”lə 2025-ci ilə qədər müqaviləsi var.

Kimmix ötən mövsüm Bundesliqada 28 oyun keçirib, 1 qol vurub, 6 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti