Qardaşı millinin baş məşqçisindən narazıdır: “Oturub baxmaq çətindir"

21 İyun 2024 18:20 İngiltərə 774
Qardaşı millinin baş məşqçisindən narazıdır: “Oturub baxmaq çətindir

İngiltərəli hücumçu Markus Reşford Almaniyada keçirilən Avropa çempionatına aparılmayıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə millisinin Danimarka ilə heç-heçəsindən (1:1) sonra Reşfordun qardaşı və Dueyn adlı agenti futbolçunun fotosunu sosial şəbəkədə paylaşaraq, bunu yazıblar:

“Oturub baxmaq çətindir. Həqiqətən, bilirsən ki, sənin adamın fərq yarada bilər!”

“Mançester Yunayted”in hücumçusunun adı millinin mayın ortalarında açıqlanan geniş iştirak ərizəsində belə, olmayıb. Amma baş məşqçi Qaret Sautqeytin qərarı başadüşülən idi.

Çünki Reşford bu il yaxşı mövsüm keçirmədi. Bununla belə, indi İngiltərə milli komandası açıq şəkildə zəif çıxış edəndə suallar yaranır.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM