Müdafiəçisini 23 milyon avroya satdı - Premyer Liqa nəhəngi

29 May 2024 00:20 İngiltərə 657
Müdafiəçisini 23 milyon avroya satdı - Premyer Liqa nəhəngi

"Sauthempton" "Mançester Siti"dən Teylor Harvud-Bellisi transfer edib.

Sportinfo.az xəbər verir ki, "şəhərlilər" onun transferindən 23 milyon avro qazanıb.

22 yaşlı mərkəz müdafiəçisi əvvəllər icarə əsasında "Sauthempton"da çıxış edib.

Harvud-Bellis "şəhərlilər”in yetirməsidir. Lakin o, "Mançester Siti"nin əsas komandasında bir oyun belə keçirməyib.

Mövsümün sonunda "Sauthempton" Premyer Liqaya vəsiqə qazanıb. Teylor “Blekbern”, “Anderlext”, “Stok Siti” və “Bernli”də icarə əsasında oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 18:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 03:40 Vüsal əməliyyat edildi