"Bizə yüngül münasibət bəsləyirlərsə, bu, onların problemidir"

25 Fevral 2024 00:20 İngiltərə 433
"Bizə yüngül münasibət bəsləyirlərsə, bu, onların problemidir"

“Liverpul”un müdafiəçisi Vircil van Dayk İngiltərə Liqa kubokunun finalında “Çelsi” ilə oyunöncəsi komandada çoxlu sayda zədəli olmasına münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, niderlandlı futbolçu “zadəganlar”ın yaxşı formada olduğunu deyib:

“Çelsi” yaxşı formadadır. Bizi çətin final gözləyir. Onlar bizə yüngül münasibət bəsləyirlərsə, bu, onların problemidir.

Meydançaya çıxan futbolçular özlərini sübut etməlidirlər”.

“Çelsi” – “Liverpul” final matçı fevralın 25-də, Londondakı “Uembli” stadionunda keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Mart 02:30 O da danışacaq
26 Mart 02:10 Milliyə aid MƏLUMAT