Klopp yanvarın ən yaxşı baş məşqçisi seçildi - Premyer Liqada

16 Fevral 18:40 İngiltərə 193
Klopp yanvarın ən yaxşı baş məşqçisi seçildi - Premyer Liqada

İngiltərə Premyer Liqasında yanvar ayının ən yaxşı baş məşqçisinin adına aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, ötən ayın ən yaxşısı adına "Liverpul"u çalışdıran Yurgen Klopp layiq görülüb. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

"Liverpul" yanvar ayında ölkə çempionatında "Nyukas", "Bornmut" və "Çelsi"ni məğlub edib.

Klopp Premyer Liqa karyerası ərzində 10-cu dəfə ayın məşqçisi seçilib. Bu mükafatı ən çox qazanan "Mançester Yunayted"in əfsanəvi baş məşqçisi Sir Alkes Ferqyusondur.

Şotılandiyalı mütəxəssis 27 dəfə ayın məşqçisi olub. Arsen Venger 15, Pep Qvardiola 11, David Moyes isə 10 dəfə ən yaxşı adına layiq görülüb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!