Klub rəhbərliyi onun alınmasının problemli olacağını anlayır

14 Fevral 15:40 İngiltərə 222
Klub rəhbərliyi onun alınmasının problemli olacağını anlayır

"Çelsi" sol cinah müdafiəsini gücləndirmək üçün namizədləri müəyyənləşdirib.

Sportinfo.az xəbər verir ki, London klubunun bossları üçün arzu olunan transfer “Bavariya”nın müdafiəçisi Alfonso Deyvisdir.

Bununla belə, klub rəhbərliyi kanadalının alınmasının problemli olacağını anlayır.

Səbəb isə Münhen klubunun onu buraxmamasıdır. Lakin ingilislər ən yüksək təklifi irəli sürəcək ki, Deyvisin keçidini həll etsin.

Qeyd olunur ki, “aristokratlar” “Bornmut”un oyunçusu Miloş Kerkezin transferini də nəzərdən keçirir. Bu mövsüm Deyvis “Bavariya”nın heyətində bütün turnirlərdə 27 oyuna çıxıb, 1 qol və 3 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"